Ölkə futbolu

“Keşlə”nin qapıçısı xəstəxanalıq oldu – FOTO

Azərbaycan Premyer Liqasının 25-ci turunda bu gün  “Qarabağ”la keçirilən görüşdə zədələnən “Keşlə”nin qapıçı Şahin Zəkiyevin durumu ciddidir.

Bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında məlumat verib.

Mahir Mədətovla toqquşan qolkiperin burnunda və almacıq sümüyündə sınıq olduğunu bildirib.

Əhmədov gənc qapıçının təcili olaraq birbaşa meydandan xəstəxanaya aparıldığını deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43