Kateqoriyasız

“Qarabağ” Azərbaycanın UEFA-da xalını artırdı

Ötəngünkü oyunlardan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, İrlandiyada “Dandolk”la heç-heçə edən “Qarabağ” ölkəmizə 0,125 xal qazandırıb. Bununla da  Azərbaycan son 5 mövsümdəki xallarını 16,375-ə çatdırıb. Ancaq ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.

Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 17,500 xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43