Kateqoriyasız

Kamran Ağayev Qurban Qurbanov haqda: “Az qala ağlayacaqdım”

“Qurban Qurbanov ötən il mənə zəng vurub görüşmək istədiyini dedi. O “Kamran, nə fikirləşirsən” soruşdu. Onda Asmir Beqoviçlə anlaşmamışdılar. Başa düşdüm ki, məni “Qarabağ”da görmək istəyir. Ancaq mən də kişiliyimə sığışdırıb “gələrəm” demədim. Dedim ki, əlim gipsdədi və gipsin açılması 5 ay çəkəcək. Ondan sonra da optimal formaya düşmək üçün 3 ay lazımdı. Yalandan komandada yer almaq istəmədim”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millinin sabiq qapıçısı Kamran Ağayev deyib.

O, “Futbol+” qəzetinə açıqlamasında Qurban Qurbanov haqda danışarkən çalışdırıcının ona göstərdiyi qayğıdan danışıb:

“Qurbanov vəziyyəti bilsə də, mənə jest etdi. Söhbətimizin sonunda “nə kömək lazım olsa, de, çəkinmə” söyləyib ayrıldı. Həmin an az qala ağlayacaqdım, çox dolmuşdum. Belə insanların qədrini bilmək, onlara yol açmaq lazımdı. Karyeram ərzində bir neçə dəfə “Qarabağ”da oynamaq şansım olub. Lakin hər dəfə təklifi qəbul etməmişdim. Sonuncu dəfə Qurban müəllimin vəziyyətimi bilə-bilə, mənimlə söhbət etməsi bu insanın necə böyük ürəyə sahib olmasını göstərir. Özümdən utandım ki, yaxşı vaxtlarımda imtina etmişəm, çətin anda yenə o yanımda oldu, mənə diqqət ayırdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43