“Tottenhem” klubunun baş məşqçisi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, London klubu Anqe Postekoğlu ilə anlaşıb. 57 yaşlı avstraliyalı ilə müqavilə 4 illikdir. Mütəxəssis iyulun 1-də işə başlayacaq.
Bundan əvvəl Postekoğlu iki dəfə Şotlandiya çempionu olduğu “Seltik”ə rəhbərlik edib. 2022/23 mövsümündə o, klubu ilə “trebl” edərək, çempionluq, Şotlandiya Kuboku və Liqa Kubokunu qazanıb.