Kateqoriyasız

A Seriyasının yayım hüququ bu qiymətə satıldı

İtaliya Futbol Federasiyası A seriyasının 2021-2024-cü illər üçün yayım hüququnu DAZN şirkətinə satıb.

Şirkət hər tur keçiriləcək 10 matçın hamısını yayımlayacaq. Lakin həmin qarşılaşmalardan yalnız 7-si onların xüsusi yayımı olacaq.

Qalan 3 oyunu canlı efirə vermək istəyən digər şirkət “Sky İtalia” 70 milyon avro təklif edib. Bu məsələ ilə bağlı müzakirə aparmaq üçün tərəflər martın 29-da yenidən görüşəcək.

DAZN yayım hüquqlarının qarşılığında İtaliya Futbol Federasiyasına 840 milyon avro ödəyəcək.

Bunadək A seriyası matçlarını DAZN və “Sky İtalia” yayımlayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43