Dünyadan

Aleksis Sançesə Çin klubundan rekord məbləğ

“Arsenal”ın futbolçusu Aleksis Sançesə Çin klublarından birindən rekord məbləğdə təklif göndərilib.

İdmanxeber.com-un məlumatına görə, Çin liqası təmsilçisi çilili hücumçuya həftəsinə 450 min avro qazanacağı müqavilə təklif edib. A.Sançes bu müqaviləni təklif edəcəyi təqdirdə, ilinə 22 milyon 500 min avro qazanacaq.

A.Sançes hazırda “Arsenal”da həftəsinə 150 min avro maaş alır.

Qeyd edək ki, A.Sançes bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyuna 11 qol vurub, 4 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43