İdman

Almaniya millisindən gizli səfər

Futbol üzrə Almaniya yığma komandasının üzvləri Bakıya gəlib.

İdmanxeber.com-un məlumatına görə, son dünya çempionlarını gətirən təyyarə saat 22:25 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Bundestim hava limanının yeni terminalından yox, VİP çıxışdan birbaşa avtobusa yönələrək, otelə yollanıb.

Almaniya yığması martın 26-da 2018-ci il dünya çempionatının qrup mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq. Oyun yerli vaxtla 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək (“Report”).

.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43