Kateqoriyasız

“Araz-Naxçıvan” – “Xəzər Lənkəran” oyunu iki yerdə canlı yayımlanacaq

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Araz-Naxçıvan” – “Xəzər Lənkəran” matçı heç bir kanalda canlı yayımlanmayacaq.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, sözügedən matçı azarkeşlər klub TV-si vasitəsi ilə izləyə bilərlər. Belə ki, çərşənbə günü Naxçıvanda baş tutacaq oyun “Xəzər Lənkəran” TV-si ilə canlı olaraq azarkeşlərə nümayiş etdiriləcək.

Bu matçın “Araz-Naxçıvan” klubunun rəsmi saytı vasitəsi ilə də, canlı yayımlanması gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43