Dünya futbolu

Arda Turan “Barselona”dan ayırlacaqmı? – agenti açıqladı

“Barselona”nın futbolçusu Arda Turanın agenti Əhməd Bulut futbolçunun gələcək karyerası barədə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, futbolçunun hələ ki, heç bir klub transfer edilməyəcəyini bildirib:

“Arda heç yerə getmir. Biz transferlə bağlı heç bir klubla danışmamışıq. “Barselona”da ondan razıdırlar. Medianın şayiələri onu qıcıqlandırır.

Arda Turan müqaviləsinin sonuna qədər burada qalacaq. Sözləşmə 2020-ci ildə bitir”, – deyə Bulut qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43