Ölkə futbolu

AVRO 2021: Millinin rəqibləri bilindi

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2021-ci ildə Macarıstanda və Sloveniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda 2-ci qrupda Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn komandaları ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43