Dünyadan

Avrokubokların final görüşlərinin keçirləcəyi məkanlar açıqlandı

UEFA 2015/2016 mövsümündə avrokubokların final oyunlarının keçiriləcəyi məkanları açıqladı.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının final görüşü mayın 28-də Milanda “Cüzeppe Meattsa” stadionunda keçiriləcək. Avropa Liqasının finalı isə İsveçrənin “Sent Yakob Park” stadionunda oynanılacaq.

UEFA Superkuboku isə avqustun 9-da Norveçin Tronheym şəhərində “Lerkendal” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43