Ölkə futbolu

Avroliqadakı klublarımızın oyunlarının başlama saatı bilindi

Avropa Liqasındakı təmsilçilərimiz “Qarabağ” və “Qəbələ”nin ev oyunlarının vaxtı müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, UEFA püşkatmadan sonra ölkəmizdə baş tutacaq qarşılaşmalarla bağlı qərarı sonraya saxlamışdı.

 

Aparılan müzakirələrdən sonra “Qarabağ”ın Bakıdakı bütün görüşlərinin saat 19:00-da start götürməsi qərara alınıb. Beləliklə, “Qarabağ” I turda “Slovan”ı, III turda PAOK-u, VI turda isə “Fiorentina”nı 19:00-da qəbul edəcək.

 

“Qəbələ”də II turda “Maynts”, V turda “Anderlext”lə eyni saatda qarşılaşacaq. Yalnız IV turun “Qəbələ” – “Sent-Etyen” matçı 21:00-da start götürəcək.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43