Ölkə futbolu

AZAL-ın baş məşqçisi: “Bizim çantamız daim yanımızda olur”

Topaz Premyer Liqasının VI turunda AZAL səfərdə “Sumqayıt” üzərində qələbə qazandı – 1-0.  

İdmanxeber.com-un məlumatına görə, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov matçdan sonra bu fikirləri səsləndirib:

“Qarabağ”a uduzduqdan sonra  ruh düşkünlüyü vardı. Bununla yanaşı, komandamı oyuna kökləyə bildimsə, sevinirəm. İlk hissədəki 3 qol epizodundan yararlana bilsəydik, hesab tam başqa olardı. Biz hücumda top saxlaya, cinahlardan tam istifadə edə bilmirik. Tomi Kostadinov hələ tam hazır deyil. Ona görə də əsas heyətdə yer almamışdı.  Bütün bunlara baxmayaraq, qələbə qazandıq. 3 xal bizim üçün çox vacib idi. Futbolçular komandaya 60, 70 faiz adaptasiya olublar. Bu oyundan sonra gedəcəyimlə bağlı yayılan məlumatlara şərh verərkən deyim ki, bizim çantamız daim yanımızda olur. Məni dəvət edən rəhbərlik getməyimi istəsə, mən də gedərəm. Amma hələ ki, rəhbərlik mənə belə bir söz deməyib. Qarşıda “İnter”lə oyun var. Biz bu oyuna 3 xal üçün çıxacağıq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43