Kateqoriyasız

AZAL-ın futbolçusu əməliyyat olunacaq

Premyer Liqanın 25-ci turunda “Neftçi” ilə oyunda agır zədə alan AZAL-ın futbolçusu Taqim Novruzov əməlliyat olunacaq.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həkimlərin sağ diz oynağının ön çarpaz bağlarının tam qopması diaqnozu qoydugu futbolçu iki gün sonra Kiyevə yollanacaq.

Klub rəhbərliyi əməliyyat üçün bütün təşkilati işləri artıq başa çatdırıb. Kiyevin “Doktor Linko” klinikası ilə müqavilə bağlanılıb və aprelin 14-də Taqim əməliyyat masasına uzanacaq.

Qeyd edək ki, Novruzovun aprelin 19-da Bakıya qayıdacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43