Kateqoriyasız

Azərbaycan Bakı2015-də erməni idmançıların təhlükəsizliyinə zəmanət verir

Azərbaycan Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni idmançıların iştirakının təhlükəsizliyinə dövlət səviyyəsində zəmanət verir. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.

“Biz hamını I Avropa Oyunlarında iştirak etməyə dəvət etmişik. Ermənistandan daxil olan və mətbuatda dərc edilən məlumatlara əsaslanaraq düşünürük ki, Ermənistan oyunlarda iştirak edəcək. Biz Avropa Oyunlarında iştirakın təhlükəsizliyinin təminatına dövlət səviyyəsində zəmanət vermişik”, – deyə nazir “Azərbaycan Hava Yolları” QSC ilə “Bakı-2015 Avropa Oyunları”nın Təşkilat Komitəsi (BEGOS) arasında tərəfdaşlıq sazişinin imzalanması mərasimində vurğulayıb. (İnterfaks)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43