İdman

Azərbaycan karateçiləri bürünc medal uğrunda yarışacaqlar

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.

İdmanxeber.com-un məlumatına görə, Niyazi Əliyev, Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərlidən ibarət heyət ilk mərhələdə Serbiyanı 2:1, ardından Amerika Birləşmiş Ştatlarının komandasını isə 3:0 hesabı ilə məğlub etdilər. Növbəti görüşdə İran idmançılarına eyni hesabla uduzan komandamız, rəqib finala yüksəldyindən təsəlliverici görüşlərə qatıldı. Bir-birinin ardnca İsveçrə ə Hollandiya komandalarına 3:0 hesabı ilə qalib gələn karateçilərimiz bürünc medal uğrunda Fransa idmançıları ilə görüşəcək.

Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevadan ibarət qadın komandamız isə 4 görüş keçirdi. Cənubi Koreya və Dominikan respublikasının komandaları ilə 1:1 hesablı görüşdə xal üstünlüyü ilə mərhələ adlayan karateçilərimiz İspaniya idmançılarına eyni nəticə ilə uduzdular. İspanlar finaladək irəlilədiyindən komandamızın təsəlliverici görüşlərə qatılmaq imkanı oldu. İlk rəqib Rusiya ilə görüşdə 1:2 hesablı məğlubiyyət mükafatlara gedən yoa son qoydu.

Oktyabrın 29-da fərdi yarışların mükafat döyüşləri keçiriləcək. Finallarda Ayxan Mamayevin (-84 kq) rəqibi Yaponiyalı idmançı, Rafael Ağayevin (-75 kq) rəqibi isə Misirli karateçi olacaq. Firdovsi Fərzəliyev bürünc medal uğrunda Mərakeşli idmançı ilə mübarizə aparacaq. Ertəsi gün komandaların mükafatlar uğrunda həlledici yarışı ilə 24-cü dünya çempionatına yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43