Kateqoriyasız

Azərbaycan kubokunda 1/4 final mərhələsi: bir oyun canlı yayımda

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq AZAL – “Neftçi” oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma martın 13-də İdman Azərbaycan kanalının canlı efirində olacaq.

Şüvəlanda baş tutacaq revanş oyunu saat 15:00-da başlayacaq. 

Qeyd edək ki, ilk görüşdə tərəflər fərqlənə bilməmişdi – 0:0. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43