Ölkə futbolu

Azərbaycan Premyer Liqası klublarının rekordçuları

Bu həftə start götürəcək Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə 8 komanda iştirak edəcək.

İdmanxeber.com-un məlumatına görə, debütant “Səbail”dən başqa bütün klublar ölkə çempionatının yüksək dəstəsində ən azı bir neçə mövsüm keçirib. Bu üzdən hər klubun Premyer Liqada öz rekordçuları var. Peşəkar Futbol Liqasının rəsmi saytı 7 klubun hər birinin heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısını təqdim edir:

Klubların çempionatdakı oyun sayında rekordçuları

“Qarabağ” – Aslan Kərimov – 268

“İnter” – Vladimir Levin – 205

“Kəpəz” – Azər Məmmədov – 186

“Neftçi” – İqor Getman – 182

“Qəbələ” – Dodo – 131

“Sumqayıt” – Slavik Alxasov – 126

“Zirə” – Viktor İqbekoyi – 56

Klubların çempionatdakı qol sayında rekordçuları

“Qarabağ” – Müşfiq Hüseynov – 109

“Neftçi” – Samir Ələkbərov – 99

“Kəpəz” – Fazil Pərvərov – 80

“İnter” – Baçana Sxadadze – 31

“Qəbələ” – Viktor Mendi – 29

“Sumqayıt” – Pərdis Fərcad-Azad – 22

“Zirə” – Nelson Bonilla – 14

 

Qeyd: Klublar rekordçunun göstəricisinin ardıcıllığı üzrə sıralanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43