Kateqoriyasız

“Bakcell Arena” “Olimpiakos”u qorxuda biləcək arena deyil” – “Neftçi”nin sabiq üzvü

Vangelis Platellas Yunanıstan mətbuatına sabiq klubu “Neftçi” haqqında danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 2019/20 mövsümündə Bakı klubunun formasını geyinmiş yunan futbolçu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Olimpiakos” – “Neftçi” cütlüyünü şərh edərkən bildirib ki, “Olimpiakos” yüksək vəzifələri yetirməyə qadir olan daha səviyyəli komandadır:

“Neftçi” müdafiəyə qapanan komandalardan deyil. Onlar iddialıdır və Çempionlar Liqasının qrupuna düşməyə cəhd edir. Ola bilər ki, onlar aqressiv oynamağı xoşlayırlar. Amma müdafiədə problemləri çoxdur. Bundan da “Olimpiakos”un futbolçuları lazımında istifadə edə bilərlər.“Olimpiakos” “Neftçi” ilə oyunda heç bir problemlə üzləşməyəcək və mərhələni asanlıqla keçəcək”.

O, sonda “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” haqda da danışıb: “Ora “Olimpiakos”u qorxuda biləcək arena deyil. Həmin stadionda atmosfer Yunanıstan stadionlarındakı kimi isti deyil”.

Xatırladaq ki, “Neftçi”nin “Olimpiakos”a qarşı ilk oyunu iyulun 21-i səfərdə, cavab matçı iyulun 28-i Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43