Kateqoriyasız

“Belə hesabı gözləmirdim” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Lex”i məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, “CBC Sport”a danışan mütəxəssis 5:1 hesabıyla başa çatan matçı belə şərh edib:

“Azarkeşlərimizə təşəkkür etmək istəyirdim. İlk oyundan sonra hamı polşalı azarkeşlərdən danışırdı. Əminliklə demişdim ki, bizim fanatlarımız da onlardan zəif deyil. Bu gün azarkeşlərimizin gücünü hiss etdik. Futbolçularıma əhsən deyirəm. Polşa çempionuna qalib gəldik. Futbolçularım qələbəyə layiq idi.

Belə hesabı gözləmirdim. Futbol elə səviyyəyə gəlib ki, istənilən matçda böyükhesablı nəticələr ola bilər. Bu gün 5:1 azarkeşlərimiz üçün möhtəşəmdir. Buna layiq idilər. Qələbəyə inamımız var idi.

“Sürix”ə hələ baxmamışam. “Lex”lə püşkdə düşəndə demişdim ki, sanki pley-offlardan başlayırıq. “Lex”i keçəcəyimizə inanırdım. Yaxşı komandaya qarşı oynayacağıq. Qarşıdakı günlərdə “Sürix”i analiz edəcəyik. Güclü komandalara qarşı oynamaqdan çəkinməmişəm. Belə oyunlarda komanda böyüyür, inkişaf edir. Layiqli oyun göstərməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43