Dünya futbolu

“Bir-iki ildən sonra belə oyunlarda qalib gələcəyik” – Konte

“Mançester Siti” Premyer Liqanın 7-ci turundan təxirə salınmış oyununda “Tottenhem”i 4:2 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından London klubunun baş məşqçisi Antonio Konte qarşılaşma barədə fikirlərini bildirib:

“Ciddi uğurlar üçün mübarizə aparmağa hazır deyilik. Digər komandalar bizdən yaxşıdırlar. Çox çalışırıq, doğru yoldayıq. Bir-iki ildən sonra belə oyunlarda qalib gələcəyik”.

“Tottenhem” Premyer Liqada 33 xalla 5-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43