Dünya futbolu

“Biz çətin günlərin komandasıyıq. Şanslarımız qalıb” – Fatih Terim

“Xorvatiya ilə matç bizim üçün keçmişdə qaldı. Artıq hər kəs o matçı unutmalıdı. Çempionat bizim üçün yeni başlayır. Bu səbəbdən İspaniya ilə qarşılaşma komandamız üçün böyük önəm daşıyır. Futbolda keçmişlə yaşamağın faydası yoxdu”

İdmanxeber.com-un məlumatına görə, bu sözlər Türkiyə millisinin baş məşqçisi Fatih Terimə məxsusdu. 

Yetirmələrinə Xorvatiyaya məğlubiyyəti (0:1) unutmağı məsləhət görən Terim növbəti 2 görüşdə qələbə qazanacaqlarına inam ifadə edib: 

“Biz çətin günlərin komandasıyıq. Devizimiz məlumdu, hələlik hər şey bitməyib. Son sözü yenə futbolçularım deyəcək. Sadəcə bir oyunda uduzduq. Növbəti mərhələyə yüksəlməyə gəlincə, qazanacağımız 6 xal var. Bunu bacarsaq, ardı olacaq. Biz güclü bir komandayıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43