Dünyadan

Bolqaristan millisinin baş məşqçisi: “Azərbaycan hər bir komandaya çətin rəqibdi”

AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasında sonra Azərbaycanla eyni qrupa düşən Bolqaristan millisinin baş məşqçisi Luboslav Penev yerli mətbuata püşkü dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, təcürübəli mütəxəssis İtaliya  seçməsinin onlara tanış rəqib olduğunu bildirib:

“Tale elə gətirdi ki, yenidən İtaliya və Malta ilə bir qrupa düşdük. Bu rəqiblər bizə DÇ-2014-ün seçmə mərhələsindən tanışdı. Çox çətin qrupa düşmüşük. Burada kimin fovarit, kimin autsayder olacağını demək çətindi. Ancaq hər halda İtaliyanı daha şanslı görürəm. Azərbaycan hər bir komandaya çətin rəqibdi. Ancaq bizim hədəfimiz 2016-nın final mərhələsinə vəsiqə qazanmaqdı. Buna görə də hər bir rəqibimizə qalib gəlməyi bacarmalıyıq. Məncə, İtaliyadan başqa digər beş komanda 2-ci və 3-cü yerlər üçün mübarizə aparacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43