Ölkə futbolu

“Böyük oyun”a surpriz qonaq

Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki bu gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını stadiondan canlı izləyəcək.

İdmanxeber.com-un məlumatına görə, o, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43