Dünya futbolu

Braziliya millisinin hücumçusu Türkiyə klubunda

Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” klubu hücum xəttini gücləndirib.

 

İdmanxeber.com-un məlumatına görə, Anadolu klubu “Monako”nun forvardı Vaqner Lavı heyətinə qatıb. Bu barədə klubun prezidenti Hasan Çavuşoğlu məlumat verib. O, 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacağını qeyd edib.

 

Qeyd edək ki, Lav Avropada ÇSKA Moskva və “Monako” klublarında çıxış edib. O, Braziliya millisinin heyətində 20 oyun keçirib və 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43