Kateqoriyasız

“Bu cür istəklə, diqqətlə daha yaxşı nəticə əldə edə bilərik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Ferentsvaroş”la ilk matçından sonra fikirilərini bildirib.

İdmanxeber.az xəbər verir ki, “CBC Sport”a danışan Qurbanov 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dedi:

“Oyundan çox razı qaldım. Həqiqətən, dünən də demişdim, çox yaxşı komandaya qarşı oynayırdıq. Topla yaxşı davranmağı bilən futbolçulardan ibarət kollektiv idi. Futbolçularım durmadılar, dayanmadılar. İkinci hissədə qol imkanlarımız oldu. Hər şey cavab oyununa qaldı. Bu cür istəklə, diqqətlə daha yaxşı nəticə əldə edə bilərik.

Hələ müdafiə üçün transfer fikirləşmirik. Bugünkü futbolçular da göstərdilər ki, əsas heyətə layiqdirlər. Bir neçə oyuna daha yaxşı olacaqlar.

Cavab matçında daha çox iş görmək lazım olacaq. Rəqib öz meydanında oynayacaq. Biz buradakından daha çox güc sərf etməli olacağıq. Bəzi detallar var. Onları oyuna baxdıqdan sonra aradan qaldırmağa çalışacağıq. Səfərə çəkinmədən gedəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43