Milli komanda

“Bu görüş qarşıdakı oyunlara hazırlıq baxımından da çox vacibdi” – Sərtan Taşkın

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvü Sərtan Taşkın Qazaxıstan yığması ilə yoldaşlıq oyunu ərəfəsində açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, “Keşlə”nin müdafiəçisi affa.az-a açıqlamaısnda hazırlıqlarının yaxşı getdiyini bildirib: “Çoxdandır bu oyuna hazırlaşırıq. Qələbə qazanmaq üçün çalışacağıq. Bunun üçün baş məşqçinin verdiyi tapşırılıqları yerinə yetirməliyik. Bu görüş qarşıdakı oyunlara hazırlıq baxımından da çox vacibdi”.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı sabah Bakı vaxtilə saat 13:00-da “Astana Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43