Dünya futbolu

“Çelsi” 7 futbolçusu ilə yolları ayırır – adlar

“Çelsi” yayda heyətdə ciddi dəyişikliklər etmək niyyətindədir.

İdmanxeber.az “Evening Standard”a istinadən xəbər verir ki, rəhbərlik heyətdəki oyunçuların sayının çox olduğunu düşünür. Bu səbəbdən də bir neçə futbolçu ilə yollar ayrılacaq.

Getməyə namizədlər arasında hücumçü Pyer-Emerik Obameyanq, yarımmüdafiəçilər Ruben Loftus-Çik, Konor Qallager və Hakim Ziyeş də var.

“Bavariya”nın yeni baş məşqçisi Tomas Tuxelin bəyəndiyi yarımmüdafiəçi Mateo Kovaçiç də gedə bilər. 

Qapıçı Eduard Mendi və yarımmüdafiəçi Meyson Mauntun da gedişinə icazə verilib, onlarla müqavilənin uzadılması ilə bağlı danışıqlar dayandırlıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43