Kateqoriyasız

Çempionlar Liqası: “Barselona” qalib gəldi, Turində qalib müəyyənləşmədi

UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün daha 2 qarşılaşma keçirilib.

İngiltərədə "Arsenal" La Liqanın zirvəsində qərarlaşmış "Barselona"nı qonaq edib. İki qolun vurulduğu qarşılaşmadan "Barsa" qalib ayrılıb.

İtaliyada "Yuventus" isə Almaniyada rəqib tanımayan "Bavariya" ilə münasibətlərə aydınlıq gətirməyə çalışıb. 2 top geri düşməsinə rəğmən əzmkarlıq nümayiş etdirən "qoca sinyora" cavab matçına ümid saxlamağı bacarıb.

23 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Arsenal" (İngiltərə) – "Barselona" (İspaniya) 0:2

Qollar: Messi, 72, 83 (pen)

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun və Cem Satman (hamısı Türkiyə)

23:45. "Yuventus" (İtaliya) – "Bavariya" (Almaniya) 2:2

Qollar: Dibala, 63, Stuaro, 76, Müller, 43, Roben, 55

Hakimlər: Martin Atkinson, Maykl Mullaki, Steven Çayld və Qari Besvik (hamısı İngiltərə)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43