Kateqoriyasız

“Sumqayıt”da üzlər gülür

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində AZAL-la qarşılaşmada hərarəti qalxdığı üçün heyətdən kənarda qalan Vaqif Cavadov artıq məşqlərə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Cavadova şans verəcəyi təqdirdə “Kəpəz”ə qarşı oynaya biləcək.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” matçı 27 fevral, saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43