Kateqoriyasız

“Çixura”nın üzvü: “Neftçi” və onun azarkeşlərinə hörmət edin!”

“Azarkeşlərimizdən xahiş edirəm ki, siyasi pankartlar hazırlamasınlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Gürcüstanın “Çixura” klubunun qapıçısı Maksim Kvilitaia Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu öncəsi deyib.

Təcrübəli qolkiper öz azarkeşlərinə səslənib:

“Oyunumuzu UEFA nümayəndələri izləyəcək. Yenidən insident baş versə, UEFA bütün Gürcüstan futbolu haqda cəza tədbirləri görəcək.  Ona görə də tərəfdarlarımıza sözüm odur ki, rəqibə və onların azarkeşlərinə hörmət edin!”

Qeyd edək ki, “Neftçi” – “Çixura” matçında qonaq komandanın azarkeşləri  “Bakcell Arena”da yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asmışdılar.

Komandalar arasında cavab görüşü avqustun 7-də Gürcüstanda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43