Dünyadan

Daha bir ulduz futbolçu Amerika klubuna keçə bilər

“Sportinq Kanzas Siti” “Hamburq”un yarımmüdafiəçisi Rafael van der Vaartla maraqlanır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Bild məlumat yayıb. 32 yaşlı futbolçunun Almaniya klubuyla müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Buna görə də o, Amerika komandasına azad agent kimi keçə bilər. “Kanzas Siti” Van der Vaarta illik 4,8 milyon dollar məbləğində maaş təklif edib.

Qeyd edək ki, hollandiyalı futbolçu bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib və 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43