Ölkə futbolu

Kubok görüşü öncəsi “Qarabağ”a şad, “Bakı”ya bəd xəbər

Azərbaycan Premyer Liqasının bombardirlər siyahısına başçılıq edən Nurlan Novruzov kubok görüşü olan “Qarabağ” – “Bakı” matçında iştirak etməyəcək.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan kubokunun “Sumqayıt”la 1/8 final matçında qırmızı vərəqə alaraq cəzalı duruma düşən Novruzov komandasına “Qarabağ”la matçda kömək edə  bilməyəcək.

Qeyd edək ki, “Qarabağ” – “Bakı” matçı sabah saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43