Kateqoriyasız

“Xəzər Lənkəran” üçün ŞOK

Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Xəzər Lənkəran” sözügedən oyun öncəsi ciddi itki ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi Tural Cəlilov zədəsini sağaltsa da, rumıniyalı Manuel Skarlatake məşq zamanı yenidən ayağında ağrılar hiss edib və məşqi yarımçıq dayandırıb. Təcrübəli futbolçunun “İnter”lə oyunda meydana çıxması gözlənilmir.

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” matçı sabah saat 17:00-da “İnter Arena”da oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43