Ölkə futbolu

SON DƏQİQƏ: “İnter” hollandiyalı məşqçi ilə müqavilə imzaladı

Bu günlərdə Marino Pusicin “İnter” komandasının baş məşqçisinin köməkçisi təyin ediləcəyi barədə məlumat vermişdik.

Bu gün hollandiyalı mütəxəssislə klub arasında müqavilə imzalandı. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, cənab Pusic cari mövsümün sonunadək “İnter” komandasının baş məşqçisinin köməkçisi vəzifəsində çalışacaq. Mövsümun sonunda tərəflər arasında aparılan növbəti danışıqlar zamanı hollandiyalı mütəxəssisin baş məşqçi postuna təyin olunması məsələsi müzakirə ediləcək. Razılıq əldə ediləcəyi təqdirdə cənab Pusicin baş məşqçi postuna təyin olunması məsələsi həllini tapacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43