Ölkə futbolu

Azərbaycan futbolunda daha bir özbaşınalıq: kluba texniki məğlubiyyət verildi

Azərbaycan birinci divizion təmsilçisi "Kəpəz" klubuna texniki məğlubiyyət verilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna "Kəpəz"in futbolçusu  Ramil Həşimzadənin birinci divizionn 17-ci turunda "Zirə"yə qarşı matçı buraxmalı olduğu halda oyunda iştirakı səbəb olub. Buna görə də "Kəpəz"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, "Zirə" – "Kəpəz" qarşılaşması birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43