Kateqoriyasız

İK qərarları açıqladı: Ağabala Ramazanova hansı cəza verildi?

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Topaz Premyer Liqasının XXIV turunun “İnter” – “Simurq” matçının 88-ci dəqiqəsində “Simurq” klubunun 88 №-li futbolçusu Marko Stanojeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran” – “Bakı” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 10 №-li futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1)

Oyunun 90+3-ci dəqiqəsində “Bakı” klubunun 5 №-li futbolçusu Pelagias Giorgiosun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun “Qarabağ”  – “Qəbələ”  matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Azərbaycan I divizionun XVII turunun “Zirə” – “Kəpəz”  matçında “Kəpəz” komandasının heyətində 7 №-li futbolçusu Ramil Həşimzadə adlı oyunçu turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 500 manat cərimə olunur (maddə 42.1).

“Neftçala” – “Turan-Tovuz” matçının 34-cü dəqiqəsində “Neftçala” klubunun 18 №-li futbolçusu Fərmayıl Əliyev qolu vurduqdan sonra təhqiredici jest etməsinə görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Azərbaycan I divizionun XVII turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 76-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi  Araz Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur(maddə 62).

Oyunun 90-cı dəqiqəsində “Ağsu” klubunun 4 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionun XVII turunun “Mil-Muğan” – “Şəmkir” matçının 21-ci dəqiqəsində “Mil-Muğan” klubunun 13 №-li futbolçusu Bayram Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43