Kateqoriyasız

Dani Kitana: “Bombardirlik mənim üçün ikinci dərəcəli uğurdur”

“Asan olmayan bir mövsümü çempion kimi başa vurduq. Bundan sonra bizim üçün önəmli olan Avrokuboklarda uğur qazanmaqdır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqanın sonuncu turunda AZAL-a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

İspan yarımmüdafiəçi ölkə çempionatının ən yaxşı bombardiri olmağının onun üçün ikinci dərəcəli uğur olduğunu bildirib:

“Mövsümün əvvəlindən məqsədimiz çempion olmaq idi. Önəmli olan çempionluqdur. Bombardirlik mənim üçün ikinci dərəcəli uğurdur. Mövsümün əvvəlindən ciddi məşqlər etdiyimiz, oyuna yaxşı kökləndiyimiz üçün çempion olduq. Amma bu, kənardan asan görsənir. Sabahdan etibarən kubokun finalına hazırlaşacağıq. Olduqca çətin bir oyun olacaq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43