Kateqoriyasız

Dani Alveş bu kluba keçdi – rəsmi

Braziliya millisinin futbolçusu Daniel Alveşin yeni klubu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı müdafiəçi karyerasını Meksikanın “Pumas” komandasında davam etdirəcək. Onunla 2023-cü ilin yayınadək müqavilə bağlanmağı nəzərdə tutulub.

2021-ci ilin noyabrında “Barselona”ya qayıdan Daniel Alveş 2008 – 2016-cı illərdə də Kataloniya təmsilçisinin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43