Kateqoriyasız

“Sumqayıt” panamalı futbolçu gətirib

“Sumqayıt” heyətini gücləndirmək niyyətindədir.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, panamalı Omar Valensiya komandanın düşərgəsində baxışdadır. 20 yaşlı müdafiəçi bir həftə klubda məşq etdikdən sonra onunla bağlı qərar veriləcək.

Omar son olaraq ölkəsində “Plasa Amador”un formasını geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43