Kateqoriyasız

DÇ-2014: Hollandiya və Argentina milliləri yarımfinalda – NƏTİCƏLƏR+VİDEOLAR

Bu gün DÇ-2014-ün 1/4 final mərhələsinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, son iki oyundan sonra bütün yarımfinalçılar bəlli olub.

Bakı vaxtı ilə saat 21:00-da Argentiona və Belçika milliləri üz-üzə gəlib. Bu matçın taleyini bir qol həll edib. Argentina minimal hesabla qalib gələrək (1:0) yarımfinala yüksəlib.

Digər oyunda isə Hollandiya və Kosta-Rika milliləri münasibətlərə aydınlıq gətiriblər. Əsas və əlavə vaxtda qol olmayınca qalibi penaltilər müəyyənləşdirib. "Lotoreya"da gülən tərəf isə Hollandiya olub. 

Xatırladaq ki, yarımfinalda Braziliya – Almaniya və Argentina – Hollandiya oyunları keçiriləcək.

5 İyul

1/4 final mərhələsinin oyunları

01:00. Hollandiya – Kosta-Rika – 0:0 (penaltilər seriyası – 4:3)

PENALTİLƏR SERİYASI:

Kosta-Rika: + – + + –

Hollandiya: + + + +

21:00. Argentina – Belçika – 1:0

Qol: İquain, 8 (1:0)

4 İyul

01:00. Braziliya – Kolumbiya – 2:1

Qollar: Tiaqo Silva, 8 (1:0), David Luiz, 75 (2:0), Rodriges, 80-pen. (2:1)

21:00. Fransa – Almaniya – 0:1

Qol:  Mats Hummels, 13 (0:1)  

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43