Kateqoriyasız

Dünyanın ən yaxşı baş məşqçiləri: Siyahıda Qurbanov və Qriqorçuk var

Dünyanın ən yaxşı baş məşqçiləri nin oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

İdmanxeber.com Azərtac-a istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilə yanaşı, “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da yer alıb.

“Qarabağ”ın tarixində ikinci dəfə qrup mərhələsinə vəsiqə qazanmasında mühüm rol oynayan Q.Qurbanov 1379 xalla 451-ci pillədə qərarlaşıb. O, bu göstəriciyə görə Henrik Larsson, Dik Advokat, Şota Arveladze, Ərtuğrul Sağlam, Tolunay Kafkaz, Covanni van Bronkxorts kimi tanınmış simaları qabaqlayır. Roman Qriqorçuk isə siyahıda 1126 xalla 534-cü pillədə qərarlaşıb.

Dünyanın ən yaxşı futbol məşqçiləri siyahısına ispaniyalı mütəxəssislər başçılıq edir. “Barselona”nın çalışdırıcısı Luis Enrike 18821 xalla birinci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43