Dünyadan

“El Klasiko” öncəsi “Real” üçün iki şad xəbər

Bir müddətdir ki, zədəli olan “Real”ın futbolçusu Serxio Ramos “Barselona” ilə oyunda komandasına kömək edə biləcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Madrid klubunun baş məşqçisi Rafael Benites məlumat verib.

O, bildirib ki, Ramosla yanaşı Xames Rodriqes də Kataloniya klubu ilə oyun üçün heyətdə yer alacaq.

Qeyd edək ki, “El Klasiko” bu gün Bakı vatxı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43