Ölkə futbolu

Elias transferi “naza”a bağlandı, ümidlər puç olur: “Ona yüksək şərtlər irəli sürmüşük, amma…”

“Qız evində toydu, oğlan evinin xəbəri yoxdu”.

Az öncə Elias transferinin “Xəzər Lənkəran” üçün əngələ çevrildiyini bildirmişdik. Məsələ burasındadır ki, futbolçunun xəbəri olmadan meneceri “Xəzər Lənkəran”la danışıq aparıb və bütün məsələlərdə razılığa gəlib.

Cənub klubunun məıtbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a bildirib ki, ola bilsin Elias transferi baş tutmasın. Ancaq onlar transferin baş tutması üçün əlindən gələni etdiklərini bildiriblər:

“Biz Eliasa yüksək şərtlər irəli sürmüşük. Ola bilsin ki, transfer baş tutmasın. Ancaq bu məsələ qapanmayıb və biz onun istədiyi bütün tələbləri qəbul etmişik. Sadəcə qalıb onun qərar verməsi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43