İdman

Ermənilər “Baku-2015″ə gəlməkdən imtina etdilər

Erməni güləşçilər Bakıda keçiriləcək Avropa Oyunlarından imtina etmək fikrinə düşüblər.

İdmanxeber.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məlumat Ermənistan Güləş Federasiyasının saytında yerləşdirilib. Açıqlamanı Ermənistanın yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi Levon Culfalakyan bildirib. Açıqlamada yarışda iştirakın mənasız olduğunu bildirib.

Qeyd edək ki, dəfələrlə beynəlxalq yarışlarda Azərbaycan yığması ilə qarşılaşan erməni güləşçiləri Bakıdan əliboş dönəcəklərini bilirək paytaxtımızda güləşməyin onlar üçün mənasaz olduğunu dərk edirlər. Azərbaycan tərəfi isə bütün iştirakçı dövlət idmançılarının təhlükəsizliyinə tam təminat verərək təşkilatçılığın yüksək səviyyədə olacağını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43