Ölkə futbolu

Foqts özü Biləcəriyə, köməkçilərini isə “Bakcell Arena” və “Fırtınalar meydanı”na göndərir

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və köməkçisi Volfqanq Rolff mayın 2-də Topaz Premyer Liqasının XXXIII turunda keçiriləcək “Bakı” – “Qarabağ” və “İnter” – “Sumqayıt” oyunlarını, millinin qapıçılar üzrə məşqçisi Ulrix Ştayn “Neftçi” – “Qəbələ” matçını,  məşqçi Aslan Kərimov “Simurq” – AZAL, məşqçi Mahmud Qurbanov isə “Xəzər Lənkəran” – “Rəvan” qarşılaşmalarını izləyəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43