Dünyadan

Fransa millisinin hücumçusu oyun zamanı yaddaşını itirdi – VİDEO

Fransa millisinin və Meksikanın “Tiqres” klubunun hücumçusu Andre-Pyer Jinyak ciddi zədə alıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu “Amerika” ilə oyunda zədələnərək huşunu itirib.

Bunun nəticəsində hücumçu qısa müddətlik yaddaşını tirib. Stadiondan dərhal xəstəxanaya aparılan forvardın boyun onurğasında çıxıq aşkar edilib. Onun tezliklə yaşıl meydanlara qayıdacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43