İdman

Fransa səfirliyi “Zirə”nin futbolçusuna viza vermədi

“Zirə” komandasının futbolçusu Viktor İqbekoyi Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Differdanj”la səfər oyununda iştirak edə bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məlumat Azərbaycan təmsilçisinin mətbuat xidmətindən “Report”a verilib. 31 yaşlı nigeriyalı futbolçu viza problemi üzündən Lüksemburqa gedə bilməyib. Zirə təmsilçisi viza ötrü Fransa səfirliyinə müraciət etsə də, orada Nigeriya vətəndaşları üçün bu prosesin bir qədər uzun çəkdiyi söylənilib.

Eyni səbəbdən iyulun 3-də komanda ilə birgə səfərə çıxa bilməyən kamerunlu Jozef Bum və haitili Kervan Belfor isə artıq Bakını tərk ediblər. Hər iki əcnəbi futbolçu bu gün kollektivə qoşulacaq.

Qeyd edək ki, iyulun 6-da keçiriləcək “Differdaj” – “Zirə” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan təmsilçisi evdə baş tutan ilk oyunda rəqibini 2 cavabsız qolla məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43