Kateqoriyasız

Fransa son dəqiqə qolları ilə qələbə qazandı (YENİLƏNİB)

Avro-2016-da qrup mərhələsinin matçları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün A qrupunda II turun iki oyunu keçirilib.

Günün ilk matçında ilk oyunda qələbə qazanan İsveçrə xalsız Rumıniya millisi ilə üz-üzə gəlib. İki qolun vurulduğu matçda qalib müəyyələşməyib – 1:1.

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya isə meydan sahibi Fransa ilə qarşılaşıb. Turnirin favoritlərindən olan fransızlar son dəqiqələrrdə 2 qol vuraraq 3 xalı aktivinə yazdırıb.

14 iyun

A qrupu

20:00. Rumıniya – İsveçrə – 1:1

Hakimlər: Sergey Karaşev, Nikolay Qolubev, Tikon Kaluqin (hamısı Rusiya)

Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Paris. "Park de Prens" stadionu.

23:00. Fransa – Albaniya 2:0

Qol: Qrizman, 90, Paye, 90+5

Hakimlər: Uilyam Kollam, Frensis Konnor (hər ikisi Şotlandiya), Damian Makqreyt (İrlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Maykl Oliver (İngiltərə)

Marsel. "Velodrom" stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43