İdman

Gəncə şəhər stadionunda təmir işləri davam edir

Gəncə şəhər stadionunun əsas meydançasında aparılan təmir işləri davam edir.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın vəsaiti hesabına görülən işlər demək olar ki, yarılanıb. Belə ki, artıq qumla torf qarışdırılaraq 10 sm qalınlığında meydana verilib. Bundan sonra sahəyə gübrə tökülüb.

Səpin işləri sabaha nəzərdə tutulub. Xüsusi ot toxumları Hollandiyadan gətirilib.

Meydançada avtomatik suvarma sistemi bir müddət öncə testdən uğurla həyata keçirilib. Arenanın ərazisində su deposu da qurulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43